Zirvə Liseyi app for iPhone and iPad
Zirvə liseyi yüksək səviyyədə tam orta təhsil verən tədris müəssisəsidir. Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya və informatika laboratoriyaları mövcuddur. Tədris prosesində smartboardlardan ( elektron lövhə ) istifadə edilir. Liseyimizin üstün cəhətlərindən biri də "Elektron Jurnal Sistemi”nin ( EJS) mövcud olmasıdır. Elektron Jurnal Sistemi valideynlərin birbaşa online olaraq hər bir fənn üzrə övladlarının qiymətləri haqqında məlumat əldə etməsinə imkan verir.